AFFA "Qarabağ"ı yenə küncə sıxır – Bu tələbi yerinə yetirməsən, 3 milyonu almayacaqsan

9 Avqust 2022 10:40 Gündəm 2 719
AFFA "Qarabağ"ı yenə küncə sıxır – Bu tələbi yerinə yetirməsən, 3 milyonu almayacaqsan

Müşahidə Şurası yaratmayan Premyer Liqa klubları «Misli»dən «pay» almayacaq.

AFFA elita təmsilçilərini bununla bağlı xəbərdarlıq edib.

Əslində, federasiyanın bu mesajı ən çox «Qarabağ»a ünvanlanıb. Yüksək liqa təmsilçilərindən yalnız Ağdam klubu Müşahidə Şurasının yaradılması ilə bağlı AFFA-nın növbəti təklifini geri çevirib.

İdarəetmə formasını dəyişmək niyyətində olmadığını qurumun diqqətinə çatdırıblar. «Köhlən atlar» bu modelin onlara uğur gətirməyəcəyinə əminlik ifadə edib.

Amma tezliklə Premyer Liqanın daha bir klubunda Müşahidə Şurası yaradılacaq. Bu dəfə sıra “Qəbələ”yə çatıb.

Bununla bağlı əyalət klubunda bununla bağlı müzakirələr aparılır, struktur dəyişikliyinə hazırlıq görülür.

Bu istiqamətdə son addımı “Zirə” atıb. İdarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirilib.

İclasda bir sıra mühüm məsələlər müzakirə olunub və Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edilib. "Zirə" PFK-nın fəxri prezidenti Orxan Məmmədov Müşahidə Şurasının sədri seçilib.

Yeri gəlmişkən, klublar qarşısında daha bir tələb irəli sürüb. Tələbə əsasən, mövcud olan və yeni yaradılan Müşahidə Şuralarında federasiyanın nümayəndəsi yer almalıdır.

Özü də qurumun təmsilçisi klubda görülən işlər barədə daim məlumatlandırılmalıdır. Xüsusən də Premyer Liqanın yeni yitul sponsoru tərəfindən ayrılan maliyyə vəsaitinin (3 milyon manat) xərclənməsi ilə bağlı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?