“Rusiya ordusunun hələlik Odessaya girmək imkanı yoxdur”

18 İyul 2022 15:50 Gündəm 833
“Rusiya ordusunun hələlik Odessaya girmək imkanı yoxdur”

“Rusiya ordusunun imkanı olsa, Odessaya girəcəklər. Amma hələ onların belə bir imkanı yoxdur”.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun eksperti Natalya Buqayava deyib.

“Hərbi nöqteyi-nəzərdən indi belə bir imkan yoxdur. Donbasın işğalı tam başa çatanadək Odessa haqqında danışmaq tezdir. Amma Rusiya Silahlı Qüvvələrinin niyyəti dəyişməyib. Odessa onlara təkcə Ukraynanın cənubuna və Qara dənizə nəzarət üçün deyil, eləcə də Moldova və Dnestryanı üçün əhəmiyyətlidir”, - o vurğulayıb.

Ekspertin sözlərinə görə, İlan adasından rusiyalıları qovmaq vacib idi: “Bu, Ukrayna üçün həm hərbi, həm də mənəvi qələbədir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti