İcraiyyə Komitəsinin iclasının başlama vaxtı dəyişdi

15 İyul 2022 13:40 Gündəm 743
İcraiyyə Komitəsinin iclasının başlama vaxtı dəyişdi

Bu gün keçiriləcək AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclasının başlama saatı dəyişdirilib.

Sportinfo.az AFFA-nın saytına itinadən xəbər verir ki, iclas nəzərdə tutulduğu kimi, saat 17:00-da deyil, saat 14:00-da başlayacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinatın müzakirəsi

2. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

3. “Sabah” klubunun əvəzedici komandasının 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı müraciətə baxılması

4. Digər məsələlər

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti