Elxan Məmmədovun öz yerinə gətirdiyi şəxs indi nədən narahatdır?

14 İyul 2022 11:40 Gündəm 1 475
Elxan Məmmədovun öz yerinə gətirdiyi şəxs indi nədən narahatdır?

AFFA-da dəyişiklik gözlənilir… Bu, günün nəbzidir.

Fevralda Rövnəq Abdullayevin SOCAR-ın prezidenti postundan uzaqlaşdırılmasından sonra onun rəhbəri olduğu federasiyanın özündə də müəyyən dəyişiklər yaşanmaqdadır.

Öncə Elxan Məmmədov icraçı vitse-prezident və baş katib Elxan Məmmədov tez-tələsik buranı tərk etdi,

FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru vəzifəsini tutdu. Ardınca onun kadrlarından Hakimlər Komitəsinin sədri Fritz Stuxlik və U-21 yığmasının baş məşqçisi Milan Obradoviçlə müqavilə uzadılmadı.

Federasiyada çalışan daha bir neçə məsul şəxs var ki, onların da buranı tərk etməsi an məsələsidir.

Bu şəxslərdən biri də mayda baş katib vəzifəsinə keçən Sərxan Hacıyevdir. Uzun illər Elxan Məmmədovun köməkçisi kimi çalışmış S.Hacıyev, deyilənə görə, bugünün özündə də onun tapşırıqlarını yerinə yetirir. F

ransanın paytaxtı Parisdə mənzillənən E.Məmmədov oradan AFFA-nın gündəlik fəaliyyətini təqib etməkdə, izləməkdədir. Həm video-kamera, həm telefon vasitəsilə.

Hacıyev başda olmaqla, AFFA-da kök salan kadrları hər gün onunla əlaqə saxlayır, proseslərin gedişi barədə məlumat verir və məsləhətlər alır.

Bu, nəvaxtadək belə davam edəcək? Futbol kluarlarında dolaşan xəbərlərə inansaq, AFFA islahata «hamilədir». Dəyişiklik bir neçə həftə, yaxud 1-2 ay sonra da baş verə bilər.

Hər halda SOCAR-ın audit qrpunun apardığı bir neçə aylıq yoxlamanın federasiyada «daşları yerindən tərpətmək» gücündə olmasına dair ictimaiyyətdə yetkin fikir formalaşıb.

Təbii ki, hamı bunu istəyir və həmin günün tezliklə yetişməsi üçün səbirsizlənir. Elə Elxan Məmmədovun kadrları da o zamanın yaxınlaşmasını hiss etməkdədir.

Sərxan Hacıyev bunu yaxın çevrəsinə də bildirib. Yeni baş katib AFFA-da məhdud çərçivədə keçirdiyi iclasda bunu dilə gətirməkdən də çəkinməyib:

«Hər gün evdən çıxıb bura gələndə, yolboyu düşünürəm ki, qapıdan içəri keçəndə, mənə «geri qayıt, daha yuxarı mərtəbəyə qalxa bilməzsən» deyəcəklər».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti