Azərbaycanda 3 klub İcra Hakimiyyətinin nəzarətinə verildi

12 İyul 2022 20:00 Gündəm 1 427
Azərbaycanda 3 klub İcra Hakimiyyətinin nəzarətinə verildi

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək bölgə klublarından 3-ü yerli İcra Hakimiyyətlərinin nəzarətinə keçib.

Sportinfo.az bu barədə məlumatı SOCAR-dan əldə edib.

Redaksiyamıza daxil olan bilgiyə görə, «Turan Tovuz», «Kəpəz» və «Şamaxı» ilə bağlı belə bir qərar qəbul olunub.

Razılaşmaya əsasən, hər üç əyalət təmsilçisi neft şirkətindən onlara ayrılacaq maliyyə vəsaitini rayonun İcra Hakimiyyəti vasitəsilə alacaq.

Burada söhbət 2 milyon manatlıq yardım paketindən gedir. Göstərilən məbləğ aylar üzrə bölünərək, elita nümayəndələrinin hesabına köçürüləcək.

Vəsatin xərclənməsinə yerli rəsmi dairələr nəzarət edəcək, onlar isə öz növbəsində İqtisadiyyat Nazirliyinə rüblük hesabat verəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti