Bölgə klubu Juninyo ilə güclənir – YENİ TRANSFER XƏBƏRİ

12 İyul 2022 21:00 Gündəm 2 103
Bölgə klubu Juninyo ilə güclənir – YENİ TRANSFER XƏBƏRİ

Premyer Liqaya hazırlaşan “Kəpəz” təlim-məşq toplanışını Bakıda davam etdirir.

Əsas diqqəti heyətin gücləndirilməsinə ayıran bölgə təmsilçisi yerli futbolçularla yanaşı, iki legionerin keçidini rəsmiləşdirib.

Gürcüstanlı futbolçular – Giorgi Kantariya ilə Mate Kvirkviya qarşıdakı 1 ildə sarı-göy rəngli formada mübarizə aparacaq.

“Səbail”dən tanıdığımız Peyman Keşevarz da çox güman “Kəpəz”lə sözləşmə imzalayacaq.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Yaşar Vahabzadə daha bir legioneri sınaqdan keçirmək qərarına gəlib.

Bu, sonuncu mövsümü Litva “Babrungas”ında keçirmiş braziliyalı Juninyo Maranhensedir.

22 yaşlı cinah oyunçusu bu gündən “Kəpəz”in məşqlərində iştirak edəcək və böyük ehtimalla iyulun 14-də “Sumqayıt”la yoldaşlıq görüşündə şans qazanacaq.

Vahabzadə yaxın günlərdə Juninyo ilə bağlı qərarını verəcək.

Sözügedən futbolçu karyerası ərzində ölkəsində ABC, “Palmeyra”, “Moto Club” kimi komandaların formasını geyinib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti