“Turan Tovuz” yeni hücumçu ilə anlaşıb.
9 ildən sonpa Premyer Liqaya qayıdışı rəsmiləşən əyalət klubu axtardığı forvardı Gürcüstanda tapıb.
Söhbət İmeda Aşortiadan gedir. Klubdan redaksiyamıza verilən məlumata görə, sərbəst agent statusu daşıyan Aşortia ilə birillik müqavilə şərtləri razılaşdırılıb.
"Telavi”nin “9” nomrəsi qarşıdakı günlərdə sərhədi keçəcək.
25 yaşlı legioner müxtəlif illərdə ölkəsinin “Dila”, “Kolketi”, “Şukura” klublarında çıxış edib. O, ötən mövsüm “Telavi”nin heyətində meydana çıxdığı 20 oyunda 3 qola imza atıb.
SPORTİNFO.AZ

