"Lex" Çempionlar Liqası I təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq.
Sportinfo.az xəbər verir ki, Poznan təmsilçisi artıq Azərbaycandadır.
Komandanı gətirən təyyarə 4 saatdan artıq davam edən 3400 km-lik uçuşdan sonra Bakıya eniş edib.
"Qarabağ" - "Lex" matçı sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Bu komandalar arasında Polşada keçirilən oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.




