Rusiyada 5 klubun formasını geyinmiş azərbaycanlı hücumçu “Turan“da

11 İyul 2022 14:40 Gündəm 2 562
Rusiyada 5 klubun formasını geyinmiş azərbaycanlı hücumçu “Turan“da

“Turan Tovuz“ Rusiyada çıxış edən azərbaycanlı futbolçunu baxışa çağırıb.

Həmin oyunçu Ayxan Hüseynovdur.

1999-cu il sentyabrın 3-də dünyaya gələn forvard “Zenit”in yetirməsidir. Mərkəz hücumçuçu mövqeyində oynayan Ayxanın transfer dəyəri 50 min avrodur.

Hüseynov ümumilikdə 5 klubda çıxış edib. 2018/19 mövsümündə yetirməsi olduğu “Zenit”dən “Leninqradets”ə transfer olunub.

Bu keçid Leninqrad klubuna 25 min avroya başa gəlib. Burda 7 qarşılaşmada 1 qol vuran azərbaycanlı növbəti il komandasını dəyişib.

“Nijni Novqorod” Ayxan üçün “Leninqradets”ə 50 min avro ödəyib. O, yeni komandasına uyğunlaşa bilməyib, 2 qarşılaşmada meydana çıxıb və qol vurmayıb.

Daha sonra azad agent kimi “Ural-2”-yə keçib. Rusiya çempionatının elitasında yarışan “Ural”ın iştirak ərizəsində yer alıb.

Pleymeyker kimi də çıxış edən 22 yaşlı futbolçu Peşəkar Futbol Liqasının 4-cü qrupunda 5 matçda meydana çıxaraq 1 qol vurub. Rusiya kuboku çərçivəsində qarşılaşmada isə 1 dəfə komandasına 5 dəqiqə kömək edib.

Həmyerlimiz ötən ilin yayında “Ximki“nin yolunu tutub və bir müddət əvvəl moskva klubundan ayrılıb.

178 sm boya, 70 kq çəkiyə malik hücumçunun yolu Azərbaycandan da keçib. 2014-cü ildə 16 yaşlılardan ibarət yığmanın baş məşqçisi Təbriz Həsənov onu yığmaya dəvət edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti