"Lex" "Qarabağ"la oyun üçün Bakıya yola düşdü - VİDEO+FOTOLAR

11 İyul 2022 11:20 Gündəm 1 047
"Lex" "Qarabağ"la oyun üçün Bakıya yola düşdü - VİDEO+FOTOLAR

"Lex" "Qarabağ"a qarşı keçirəcəyi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya yola düşüb.

Sportinfo.az xəbər verir ki, Poznan təmsilçisi çarter reysi ilə Azərbaycana yollanıb.

Uçuşun təxminən 4,5 saat çəkəcəyi gözlənilir. Saat 18:40-da Tofiq Bəhramov adına Respublika stadionunda "Lex"in baş məşqçisi Con van den Bromun mətbuat konfransı, saat 19:00-da isə komandanın açıq məşqi olacaq.

iyulun 12-də keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti