Bu gün Azərbaycanda daha 37 nəfər koronavirusa yoluxdu

10 İyul 2022 17:30 Gündəm 660
Bu gün Azərbaycanda daha 37 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 37 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

Sportinfo.az xəbər verir ki, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 644 nəfər müalicə olunaraq sağalıb, hazırda 369 aktiv xəstə var. Bu günə qədər 9 719 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 018, bu günə qədər isə ümumilikdə 6 986 078 test icra olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti