Premyer Liqanın yeni... AFFA-nın əli daha pula dəyməyəcək – SON DƏQİQƏ

2 İyul 2022 16:00 Gündəm 3 051
Premyer Liqanın yeni... AFFA-nın əli daha pula dəyməyəcək – SON DƏQİQƏ

AFFA artıq Premyer Liqanın yeni titul sponsorunun müəyyənləşdirilməsi məsələsində iştirak etmir.

Bununla bağlı Sportinfo.az-a yeni məlumat daxil olub.

Federasiyadan redaksiyamıza verilən informasiyaya görə, bu, SOCAR-ın qərarıdır. Neft şirkəti əsas himayədarı olduğu AFFA-nı bu yöndə aparılan danışıqlardan kənarda saxlayıb.

Hazırda iki potensial namizəd şirkətlə görüşmələr keçirilir ki, AFFA-nın da heç bir nümayəndəsi ora qatılmır.

Ümumiyyətlə, SOCAR-ın yeni rəhbərliyi federasiya ilə maliyyə müstəvisində fərlqi sistem tətbiq etməyə başlayıb. AFFA-da aylarla çəkən maliyyə yoxlamalarından sonra belə bir fikrə gəlinməsinin özü də maraqlıdır.

Görünür, audit hansısa maraqlı faktları üzə çıxarıb ki, SOCAR daha öz pulunu AFFA-ya etibar etməkdə tərəddüdə düşüb.

Həm də ki, neft şirkəti qurumun Elxan Məmmədovun adamlarından tamamilə təmizlənməsini istəyir.

Keçmiş icraçı vitse-prezident mayın əvvəlindən FİFA-da işə başlasa da, onun təyin etdiyi kadrlar hələ də AFFA-nın başından vurub, ayağından çıxır.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!