Orxan Məmmədovu AFFA-nın rəhbərliyində görmək üçün bir neçə ciddi səbəb - GÜNDƏM

14 İyun 2022 16:20 Gündəm 2 112
Orxan Məmmədovu AFFA-nın rəhbərliyində görmək üçün bir neçə ciddi səbəb - GÜNDƏM

Mini-futbol yığması Azərbaycan idman tarixində yeni səhifə açdı.

Millimiz Slovakiyada keçirilən son Avropa çempionatında bütün proqnozları alt-üst etdi, birinci oldu.

Günlərdir bütün respublika bundan danışır və futbola maraqlanan və maraqlanmayan hər kəs komandanı ayaqüstündə alqışlayır.

Doğrudan da, bu, Azərbaycan adına böyük uğurdur və bu uğurda payı olanların hər biri xüsusi təşəkkürə layiqdir.

Zəhmət çəkdilər, ortaya iş qoydular, qiymətlərini də almalıdırlar.

Azərbaycan Mini-Futbol Federasiyasının təsisçisi Taleh Nəsibov yığmamızın Avropa çempionu olmasından danışarkən, “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədovun əməyini qeyd edib:

“Təəsüratlarım sözlə ifadə olunmaz. Fəxrdir, qürurdur, Azərbaycan bayrağını yüksəltmişik. Qitənin 6 qat çempionu Rumıniyanı finalda udmuşuq.

Bundan böyük sevinc ola bilməz. Ümid edirəm ki, bunun davamı gələr. Bu qədər iş görmüşük.

Azərbaycanda mini-futbol federasiyasının yaradılmasının əsas təşəbbüskarı “Zirə” futbol klubunun prezidenti Orxan Məmmədovdur.

Milli komandanın təşkil olunması sırf onun tapşırığıdır. Onun qoyduğu məqsədə tərəf getdik. Düzgün idarəetmə qurduq və buna nail olduq.

Azərbaycanlılardan ibarət milli ruh olan komanda yaratdıq. Qitənin ən yaxşısı olduq. Azərbaycan xalqı, bütün futbolsevərlər üçün bayramdır”.

Orxan Məmmədov da öz növbəsində Avropa çempionu olan mini-futbol yığmasını təbrik edib. O, "twitter" hesabında millimizin uğuru barədə bunları yazıb:

"Slovakiyada mini-futbol üzrə Avropa çempionu olan milli komandamızın bütün üzvlərini təbrik edirəm.

Azərbaycanda yetərincə gənc futbolçular var! Ölkəmizdə futbol var və olmalıdır! Bunu yığmamız öz əməyi və nəticəsi ilə sübut etdi. Təşəkkürlər, milli!".

Orxan Məmmədov mini-futbol millisinin yarımfinal qarşılaşmasından əvvəl də komandayla onlayn görüş keçirərək, onlara uğur arzulamışdı.

Sözügedən şəxsin son paylaşımı bir neçə xüsusla diqqət çəkir.

«Azərbaycanda yetərincə gənc futbolçular var! Ölkəmizdə futbol var və olmalıdır! Bunu yığmamız öz əməyi və nəticəsi ilə sübut etdi» - bunlar sıradan və gəlişigözəl sözlər deyil, ciddi mesajdır. İlk növbədə AFFA və onu idarə edənlərə.

AFFA, adətən, ona aidiyyatı/bağlılığı olmayan federasiyaların qazandığı nətəicələrə biganə yanaşır, onları görməzdən gəlir.

Bu dəfə elə olmadı – federasiya rəsmi sosial şəbəkə hesablarından mini-futbol yığmasını təbrik etdi. AFFA-nın bu paylaşımı futbolsevərlər tərəfindən, deyə bilərik, linc edidi.

Paylaşımdan keçən 30 dəqiqə ərzində AFFA-nın sosial şəbəkə hesablarına «hücum çəkən» izləyicilər statusa 600-dən artıq rəy yazdı, federasiyanın özünü bu uğurda pay sahibi kimi göstərmək cəhdini «qamçıladı».

Şərh yazanlar AFFA-nın fəaliyyətini tənqid etdi, onları istefaya səslədi. Həqiqəən də Orxan Məmmədovun rəhbəri olduğu federasiya AFFA-ya örnəkdir.

Taleh Nəsibovun qeyd etdiyi kimi, düzgün idarəetmə və milli ruh ilə! İki qurum arasındakı ən ciddi fərq məhz budur.

AFFA daim süni milliləşdirməyə qaçıb, əyri-üyrü yollardan keçib, lazımsız legionerləri şişirdilmiş qiymətlərlə millilərə pərçim edib, yerli mütəxəssislərə və futbolçulara barmaqarası yanaşıb.

Karlos Alberto Torresdən, Berti Foqtsdan başlayan əcnəbi sevgisi bu gün də AFFA-nın başında dayananların başındadır, bu illərdə bir-birini əvəzləyən uğursuz nəticələr onları ayıltmayıb/ayıltmır.

Çünki həmin şəxslərin fikrində şəxsi maraqlar birinci gəlir, onları ölkə, milli, azarkeş düşündürmür.

Orxan Məmmədovun «Ölkəmizdə futbol var və olmalıdır! Bunu yığmamız öz əməyi və nəticəsi ilə sübut etdi» yazması AFFA-nın ötən müddət ərzində aparlığı yanlış siyasətə verilən ən düzgün qiymətdir.

«Zirə» və Mini-Futbol Asossiyasiyası ilə qazandığı müsbət nəticələrlə AFFA-nın idarəçilərinə «işi necə görmək» mövzusunda əyani dərs keçən O.Məmmədovu indi futbol ictimaiyyəti əbəs yerə dəstəkləmir.

Hamı bu qənaətdədir ki, əgər o, elə də böyük olmayan büdcə ilə belə gözəl nəticələr əldə etməyi bacarırsa, görün, AFFA-nın rəhbərliyinə gəlsə, ümumi futbolumuza hansı uğurları qazandırar! Niyə də yox?!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti