“Turan” axtarışa başladı – 120 min manatdan artıq olmasın

5 İyun 2022 17:00 Gündəm 1 895
“Turan” axtarışa başladı – 120 min manatdan artıq olmasın

Premyer Liqada iştirakına icazə verilən “Turan Tovuz”da həlli vacib məsələlər kifayət qədərdir.

Üzdə görünməyən, amma yoluna qoyulmalı olan daha bir problem nəqliyyat məsələsidir. “Turan Tovuz”a yeni avtobus alınmalıdır!

Komandanı Birinci Diviziondakı mübarizə zamanı ölkənin müxtəlif nöqtələrinə çatdıran nəqliyyat vasitəsi istismar müddətini çoxdan başa vurub.

Hay-hayı gedib vay-vayı qalan avtobusla Premyer Liqada iştirak etmək mümkün deyil.

Bunun üçün də yeni “adamdaşıyan”a ehtiyac var.

Rəhbərlik artıq bu yöndə axtarışa başlayıb. Müasir standartlara cavab verən təzə avtobusun qiyməti “Turan Tovuz” üçün bahadır. Klubun büdcəsi 300-350 minlik avtobus almağa imkan vermir.

Ona görə də işlənmiş nəqliyyat vasitəsi axtarılır. Qiyməti 100-120 min civarında olmaq şərti ilə.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti