Ukrayna millisi DÇ-2022-nin pley-off mərhələsində İsveçrəni məğlub etməklə (3-1) finala yüksəlməyi bacardı.
Bu gün baş tutacaq finalda onların rəqibi Uels millisi olacaq.
Ölkəsində müharibə gedən yığmanın özündə güc tapıb, belə günlərdə uğurlu çıxış etməsi öz xalqı üçün də bir təsəllidir.
Bunu Sportinfo.az-a açıqlamasında millimizin sabiq üzvü Aleksandır Çertoqanov da təsdiqləyib.
Milliləşdirdiyimiz ukraynalı ağır günlərdə belə müsbət xəbərlərə böyük ehtiyacları olduğunu dilə gətirib:
"Çox sağ olun, uşaqlar. Bu gün biz Ukraynalıların belə müsbət xəbərlərə çox ehtiyacı var. Oyunu izləmək imkanım oldu. Ümid edirəm ki, finalda da qələbə bizim olacaq".
Aleksandır istənilən halda davam edən müharibə səbəbindən futbola tam köklənə bilmədiklərini gizlətməyib:
"Qələbə gözəldi, amma təəssüf ki, müharibə də davam edir. Raketlər hər gün üstümüzə gəlir. Bu, mən olduğum Dneprdə də belədir. Ancaq həyat əvvəlki kimi davam edir. Hər yer işləyir. Sadəcə benzin çatışmamazlığı var".
XANOĞLAN

