Müharibənin ən qızğın getdiyi bölgələr: "Vəziyyət ağırdır"

4 İyun 2022 22:10 Gündəm 889
Müharibənin ən qızğın getdiyi bölgələr: "Vəziyyət ağırdır"

Cəbhədəki ən qaynar nöqtələr Severodonetsk və Slavyan istiqamətləridir.

Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

DİN rəsmisi əlavə edib ki, düşmən bu ərazilərdə xeyli qüvvə cəmləyib: “Severodonetskdə vəziyyət çox ağırdır, rus işğalçıları şəhərə əhəmiyyətli qüvvələr cəlb edib”.

Denisenkonun sözlərinə görə, ikinci ən qaynar nöqtə Slavyanska istiqamətidir: “Hazırda ruslar əllərindəki maksimum sayda qüvvələri cəlb edirlər.

Artıq 20-dən çox batalyon taktiki qrupu bu istiqamətdə cəmlənib və belə qruplardan biri 600-800 nəfər, 30-dan çox zirehli transportyor, 10 tankla hərəkət edirlər”.

Ukrayna mediası xəbər verir ki, Rusiya qoşunları mayın 30-da şiddətli döyüşlər zamanı Severodonetskə daxil olub. Hazırda şəhərdə şiddətli küçə döyüşləri davam edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti