"Bəlkə də bu, yerli futbolçularımızı daha da silkələyər"

4 İyun 2022 23:00 Gündəm 1 066
"Bəlkə də bu, yerli futbolçularımızı daha da silkələyər"

"Neçə illərdir bir neçə klub legioner limitinin artırılmasını tələb edirdi.

Nəhayət, növbəti mövsüm üçün limit dəyişdirildi".

Bunu Sportinfo.az-a açıqlamasında təcrübəli futbol mütəxəssisi Bəxtiyar Musayev deyib.

O, AFFA İcraiyyə Komitəsinin Premyer Liqada legioner limitini 6+5-dən 7+4-ə dəyişdirmək haqda son qərarını şərh edib və yeni formatı müsbət dəyərləndiri:

"Halbuki 1 ay əvvəl tam başqa qərar verilmişdi. Əlbəttə, bir azərbaycanlı kimi yerli futbolçuların daha çox oynamasını istərdim.

Təəssüf ki, uzun illərdir 6+5 limiti olsa da, yüksək səviyyədə çıxış edən yerli futbolçular barmaq sayı qədərdir.

Süni limit məsələsi göstərdi ki, futbolçularımız da bəzən arxayınlaşır və daha yaxşı çıxış etmək üçün qarşılarına məqsəd qoymur. Bir sözlə, heç bir artım görmədik.

Ona görə də yeni qərara münasibətim müsbətdir. Ümid edirəm ki, bundan sonra yerli futbolçular ilk onbirliyə düşmək üçün daha səylə çalışıb, rəqabətdə qalib gələrlər.

Bəlkə də bu, yerli futbolçularımızı daha da silkələyər və inkişaflarına təkan verər".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti