Türkiyə Farer adaları, Almaniya İtaliya ilə - Millətlər Liqasında günün oyunları

4 İyun 2022 12:00 Gündəm 1 179
Türkiyə Farer adaları, Almaniya İtaliya ilə - Millətlər Liqasında günün oyunları

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində I tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, sonuncu oyun günündə A, B və C Liqalarında 7 qarşılaşma oynanılacaq.

A Liqasının 3-cü qrupunda son Avropa çempionu İtaliya Almaniyanı qəbul edəcək. Qrupun digər matçında İngiltərə Macarıstanın qonağı olacaq.

C Liqasının 1-ci qrupunda Türkiyə Farer adaları ilə, Litva Lüksemburqla üz-üzə gələcək.

I tur

A Liqası

3-cü qrup

20:00. Macarıstan - İngiltərə

22:45. İtaliya - Almaniya

B Liqası

1-ci qrup

17:00. Ermənistan - İrlandiya

3-cü qrup

20:00. Finlandiya - Bosniya və Herseqovina

22:45. Monteneqro - Rumıniya

C Liqası

1-ci qrup

20:00. Litva - Lüksemburq

22:45. Türkiyə - Farer Adaları

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti