Paytaxt Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisinə hazırlıq işləri çərçivəsində quraşdırma işləri davam edir.
Sportinfo.az xəbər verir ki, bu gecədən Rəsul Rza küçəsi və Neftçilər prospektinin kəsişməsi təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Burada nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq.
Həmçinin, 4 iyun tarixindən 5 iyun tarixinə keçən gecə Neftçilər prospektində yerləşən Bakı Dəniz Vağzalının önündə beton blokların quraşdırılması həyata keçiriləcək. Bununla əlaqədar yol bir qədər daralacaq.
Növbəti “Formula-1” Azərbaycan Qran-prisi 10-12 iyun tarixlərində keçiriləcək.

