Bakıda hərəkət daha da məhdudlaşdırıldı - "Formula 1"ə görə

3 İyun 2022 01:20 Gündəm 661
Bakıda hərəkət daha da məhdudlaşdırıldı - "Formula 1"ə görə

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədar Bakıda hərəkət daha da məhdudlaşdırılacaq.

Sportinfo.az xəbər verir ki, İstiqlaliyyət küçəsinin Bünyad Sərdarov, Məmməd Əfəndiyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələri təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə bağlanıb.

Bu küçələrdə nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. BŞH sürücülərə anlayışlarına görə təşəkkür edib.

Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti