Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Söhbət zamanı N.Paşinyan Vladimir Putinə mayın 22-si Brüsseldə Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirdiyi görüş barədə məlumat verib.
Bununla yanaşı, tərəflər iki ölkə arasında aktual məsələlər barədə fikir mübadiləsi aparıblar.

