Rusiya ordusu bu şəhəri ələ keçirdi, Ukrayna hərbçiləri mühasirəyə düşdü - FOTO

1 İyun 2022 03:20 Gündəm 1 341
Rusiya ordusu bu şəhəri ələ keçirdi, Ukrayna hərbçiləri mühasirəyə düşdü - FOTO

Rusiya qoşunları Ukraynanın Luqansk əyalətinin inzibati mərkəzi Severodonetsk şəhərinin böyük hissəsini ələ keçirib

Bu barədə “RBC-Ukraina” Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qaydayın teleqram kanalına istinadən məlumat yayıb.

O, qeyd edib ki, axşam saatlarına olan məlumata görə, Rusiya qoşunları Severodonetskin əksər hissəsinə nəzarət edir.

"Şəhərin daxilində döyüşlər gedir, Rusiya qoşunları təəssüf ki, şəhərin böyük hissəsinə nəzarət edir.

Onun sözlərinə görə, Ukrayna qoşunları tutduqları mövqeləri müdafiə edirlər.

Dağıntılara gəlincə, Severodonetsk bu baxımından Rubijne və Popasnaya yaxınlaşır: demək olar ki, bütün kritik infrastruktur dağıdılıb, mənzil fondunun 90 %-i zədələnib, bunun yarıdan çoxunu bərpa etmək mümkün deyil.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti