Rəşad Sadıqovu təbrik etdi, "Neftçi" ssenarisini fikirləşirdim" dedi

30 May 2022 11:00 Gündəm 1 243
Rəşad Sadıqovu təbrik etdi, "Neftçi" ssenarisini fikirləşirdim" dedi

"Bütün komandaya təşəkkür edirəm. Kubok yolu çətin olsa da, titulu qazandıq".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev Qəbələdə "Zirə"yə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra deyib.

30 yaşlı yarımmüdafiəçi matçın ağır keçdiyini bildirib: "Kuboku qazanmaq bizim üçün əlavə motivasiyadır. Bu il qarşımıza qoyulan bütün hədəflərə çatdıq. İşimizi davam etdirəcəyik".

Təcrübəli oyunçu matçın əlavə vaxta getməsinin onun üçün psixoloji gərginlik yaratmadığını söyləyib:

"Son dəqiqələrə yaxın "Neftçi" ssenarisini fikirləşirdim. Sevindirici haldır ki, qalib gəldik. Bura gəlib oynamaq elə də asan deyil. Çətinliyin öhdəsindən gəlib, layiq olduğumuz qələbəni qazandıq".

Qarayev sonda "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovu təbrik edib: "Çox yaxşı komanda formalaşdırıb. Son vaxtlar əla oyun göstərirlər".

Final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan "Qarabağ" titula sahib çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti