"Kəpəz"də yenə GƏRGİNLİK YARANDI – "AFFA deməsə, heç yana gedəsi deyiləm"

22 May 2022 17:40 Gündəm 1 564
"Kəpəz"də yenə GƏRGİNLİK YARANDI – "AFFA deməsə, heç yana gedəsi deyiləm"

«Kəpəz»in idman direktoru İlqar Nadiri ilə baş məşqçi Yaşar Vahabzadə ilə problem yaranıb.

Klub rəhbərliyinin yeni çalışdırıcı axtarışına çıxması və bir sıra futbolçularla danışıqlar aparması Vahabzadənin xoşuna gəlməyib.

3 ildir Gəncə təmsilçisində işləyən mütəxəssis bu işlərin ondan xəbərsiz görülməsindən narazı qalıb və öz fikrini idman direktoruna çatdırıb.

O, AFFA tərəfindən «Kəpəz»ə göndərilməsini yada salıb, «federasiya mənə deməsə, heç yana gedəsi deyiləm» söyləyib.

İdman direktoru isə yayılan xəbərlərin əsassız olmasını iddia edib, hansısa məşqçi və oyunçulara təklif göndərmədiklərini deyib.

Əksinə, İ.Nadiri bildirib ki, AFFA-nın «Kəpəz»i Premyer Liqaya qaytarmaq barədə verdiyi qərardan sonra burada çalışmaq istəyən mütəxəssislər çoxdur və istər onlar, istərsə də futbolçular özlərini kluba təklif edirlər.

Gözlənildiyi kimi, Y.Vahabzadə idman direktorunun söylədiklərinə inanmayıb. Baş məşqçi I Divizionda uğursuz nəticələr əldə etməsinə baxmayaraq, Premyer Liqada da bu komandanı çalışdırmaq istəməsi barədə AFFA-ya minnətçi düşüb.

O, federasiya rəsmiəri ilə görüşərək, «Kəpəz»in sükanı arxasında dayanmağa ən layiqli namizədin özü olduğunu biddirib, ona verilən dəstəyin davam etdirilməsini xahiş eləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti