Məşhurları Bakıya gətirmək üçün Dubaya getdi, "Sportinfo"ya açıqlama verdi

14 May 2022 19:20 Gündəm 576
Məşhurları Bakıya gətirmək üçün Dubaya getdi, "Sportinfo"ya açıqlama verdi

"Bir azərbaycanlı olaraq mənim üçün bu cür tədbirdə iştirak etmək xoşdur.

Ölkəmizə və federasiyaya diqqət göstərən təşkilatçılara təşəkkür edirəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Birləşmiş Ərəb Əmirliklərində dünya ulduzları üçün təşkil olunan şou xarakterli mini-futbol matçına dəvət alan Əfqan Həmzəyev deyib.

Dünya Futvolley Federasiyasının baş katibi, çimərlik futbolu üzrə beynəlxalq dərəcəli referi ziyafət zamanı məşhurlarla görüşmək imkanı qazanıb.
Həmzəyev görüşün detalları haqda bunları deyib:

"Səfərimi həm ziyarət, həm ticarət xarakterli adlandırmaq olar. Bildiyiniz kimi, avqustda Bakıda futvolley üzrə dünya çempionatı təşkil etmək istəyirik.

Həmin tədbirə dünya ulduzlarını dəvət etmək istəyirik. Burada olduğum müddətdə bəzi məşhurlarla danışdım, onlara məlumat verdim.

İnşallah, danışıqlarımız davam edəcək və həmin ulduzlardan bir neçəsini Bakıda görə biləcəyik".

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti