“Mahiri Mahir edən Qurban Qurbanov oldu, onu qorudu”

24 Yanvar 2022 15:00 Gündəm 1 233
“Mahiri Mahir edən Qurban Qurbanov oldu, onu qorudu”

“Mahiri bu səviyyəyə Qurban Qurbanov çatdırıb”.

Bu sözləri “Sportinfo TV”yə açıqlamasında sabiq futbolçu Mirhüseyn Seyidov deyib.

Vaxtilə “Neftçi” və “Keşlə”nin formasını geyinmiş yarımmüdafiəçi Mahir Emrelinin “Legiya” ilə yaşadığı problemdən danışıb.

Karyerası ərzində cəmi 1 dəfə əsas milliyə dəvət almış orta sahə oyunçusu adıçəkilən hücumçunun Avropadan geri qayıtmasını istəmədiyini söyləyib:

“Onun çox yaxşı fiziki göstəriciləri var, istedadlıdır. Indi Azərbaycanda belə istedadlı gənclər az yetişir.

Mahirin “Legiya”dan niyə ayrılmaq istəməsini mətbuatdan oxumuşam. Azrkeşlərlə üzləşdiyi problemə üzüldüm.

Mətbuat yazır ki, o, Polşadan Türkiyəyə getmək istəyir. Mahirə Türkiyədə oynamaq çətin olacaq.

Çünkü bu ölkədə media və azarkeşlərin futbolçulara təsiri, təzyiqi daha böyükdür. Mahir “Qarabağ”da oynayanda da bəzən narazılıqla qarşılanırdı.

Ancaq heç kim ona təsir edə bilmirdi. Çünki Qurban müəllim onu qoruyurdu. Mahir ona görə Mahir oldu.

Qurban müəllim Mahirin yalnız oyununa deyil, gündəlik həyatına diqqət etdi, hamıdan qorudu, dəstək oldu”.

Digər Xəbərlər
Xəbər Lenti