Putinlə Paşinyan müzakirə etdi – Azərbaycan sərhədləri

23 Yanvar 2022 01:50 Gündəm 784
Putinlə Paşinyan müzakirə etdi – Azərbaycan sərhədləri

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında növbəti telefon danışığı olub.

Bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında təsbit edilmiş razılaşmaların həyata keçirilməsinin praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər nəzərdən keçirilib”, - deyə məlumatda bildirilir.

Söhbət zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xətti ilə işlərin davam etdirilməsinin məqsədəuyğunluğu qeyd edilib. Eyni zamanda, KTMT çərçivəsində gələcək qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunub.

Telefon danışığı İrəvanın təşəbbüsü ilə baş tutub.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!