Bu gün Azərbaycanda daha 1681 yoluxma - 12 nəfər öldü

16 Oktyabr 2021 16:50 Gündəm 716
Bu gün Azərbaycanda daha 1681 yoluxma - 12 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 681 yeni yoluxma faktı qeydə alınıb, 675 nəfər müalicə olunaraq sağalıb.

Sportinfo.az xəbər verir ki, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 500 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 477 639 nəfər müalicə olunaraq sağalıb, 6 746 nəfər vəfat edib. 15 926 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 168, bu günə qədər isə ümumilikdə 5 014 141 test icra olunub.

Digər Xəbərlər
Xəbər Lenti