“Qarabağ” şanssızlığın qurbanı oldu, bəxtləri gətirmədi”

31 Avqust 2024 03:20 Qarabağ 941
“Qarabağ” şanssızlığın qurbanı oldu, bəxtləri gətirmədi”

İki oyunda 5 qol buraxmaq müdafiədə problemlər olduğunu göstərir.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Qarabağ”ın sabiq hücumçusu Rauf Əliyev deyib.

O, Ağdam təmsilçisinin “Dinamo”ya məğlubiyyətini əsasən şanssızlıqla əlaqələndirib:

“Düşünürəm ki, “Qarabağ” şanssızlığın qurbanı oldu. Komanda səfərdə bir qol vursaydı, bəlkə də tam fərqli hesab görərdik.

Bu, ikinci oyuna da təsir edə bilərdi. Futbolda belə şeylər olur.

Bəxtləri gətirmədi, hər iki oyunda qol vura bilmədilər. Qapıçı yaxşı oynadı, müdafiəçilər sona qədər mübarizə apardılar.

“Dinamo” təcrübəsi hesabına Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı. “Qarabağ” rəqibdən heç də zəif deyildi, sadəcə, təcrübə əsas rol oynadı”.

O, komandanın müdafiəsində problemlər olduğunu istisna etməyib:

“Yəqin ki, transferlər olacaq. Qurban Qurbanov da çıxışı zamanı transfer etmək istədiklərini söyləyib. Komanda Avropa Liqasında oynayacaq. Fikrimcə, yaxşı transferlər olacağı təqdirdə daha da irəli gedəcəklər”.

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo"ya (Zaqreb, Xorvatiya) hər iki oyunda uduzub (0:3, 0:2). Ağdam təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti