Azərbaycan ermənilərə qadağa qoydu - Qarabağda axtarış dayandırıldı

23 Fevral 2021 09:00 Gündəm 8 480
Azərbaycan ermənilərə qadağa qoydu - Qarabağda axtarış dayandırıldı

Ermənilərin Qarabağ ərazisində öz meyitlərini axtarması prosesi dayandırılıb. Qarşı tərəf iddia edir ki, axtarış prosesinə Azərbaycan qeyri-müəyyən vaxtadək qadağa qoyub.

Sportinfo.az erməni mediasına istinadən xəbər verir bu gün Azərbaycan tərəf heç bir izahat vermədən nəzarətində olan ərazilərdə axtarışları qadağan edib.

Bildrilir ki, atəşkəsdən sonra ilk dəfədir axtarışlar uzun müddətə təxirəsalınır. Ermənilər ötən aylar ərzində 1485 meyit yığıblar.

Erməni tərəf həmişə olduğu kimi, bu dəfə də Azərbaycanı günahlandırmağa cəhd göstərir.

Amma Ermənistan və Qarabağdakı separatçı rejim nə minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim edir, nə Birinci Qarabağ müharibəsi zamanı – 90-cı illərdə - əsir düşmüş, girov götürülmüş və itkin düşmüş vətəndaşlarımızın sorağını verir.

Bununla da öhdəlikləri kobud şəkildə pozur. Bu yaxınlarda hətta Qarabağ separatçılarının başçısı Araik Arutyunyanla görüşdə 90-cı illərdə itkin düşən 4 minə yaxın azərbaycanlı ilə bağlı müzakirələr aparılmışdı, onların taleyi barədə sorğu-suallar olmuşdu.

Əgər Qarabağ terrorçuları bütün bu sualları cavablandırmaq üçün addımlar atmaq istəmirsə, o halda erməni meyitlərinin rahat şəkildə toplanmasına şərait yaratmaq da normal görünmür.

Üstəlik, terrorçu rejim 20 fevralda Xankəndində yürüş keçirməklə “əzəzlə nümayişi” cəhdində bulunub və aşkar şəkildə qudurğanlıq edib. Azərbaycan kifayət qədər humanizm nümayiş etdirib, düşmən qanmırsa, onu "öz dili" ilə başa salmaq lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!