Azərbaycan dövləti AVRO-2020-yə ev sahibliyinə razılıq verdi – SON DƏQİQƏ

5 Aprel 2021 22:20 Gündəm 1 289
Azərbaycan dövləti AVRO-2020-yə ev sahibliyinə razılıq verdi – SON DƏQİQƏ

Bilindiyi kimi, UEFA AÇ-2020-nin azarkeşlərin iştirakı ilə keçirilməsi ilə bağlı planların təqdim edilməsi üçün ev sahibi olan şəhərlərə vaxt qoyub.

Qurumun koronavirus üzrə tibb məsləhətçisi Daniel Kox Almaniya mətbuatına açıqlamasında bu barədə məlumat verib:

"Bu vəziyyət risklidir. Amma azarkeşlərin oyunlara buraxılmasına razılıq verən ölkələr bu məsuliyyəti öz üzərlərinə götürürlər.

Hansı stadionlardan necə istifadə olunacağı aprelin əvvəllərində müəyyənləşəcək. Ev sahibiliyi edəcək şəhərlərin planlarını UEFA-ya təqdim etmək üçün aprelin 7-nə qədər vaxtları var".

2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Sportinfo.az bununla bağlı mötəbər mənbələrdən yeni məlumat əldə edib. Redaksiyamıza daxil olan informasiyaya görə, rəsmi Bakı UEFA-ya zəmanət məktubu göndərib.

Buna əsasən, dövlətimiz AÇ-2020-nin 4 oyununun paytaxtımızda keçirilməsinə razılıq verib. Avropa futbol qurumuna göndərilən məktub Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti