Ərdoğan açıqlama yaydı: "Putinlə bunları danışdıq"

13 Yanvar 2021 22:30 Gündəm 1 536
Ərdoğan açıqlama yaydı: "Putinlə bunları danışdıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün "Telegram" kanalında Rusiya prezidenti ilə danışıqlarına dair məlumat yayıb.

Sportinfo.az xəbər verir ki, prezidentlər Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğanın rəsmi səhifəsində yayılan həmin məlumatı təqdim edirik: "Bu gün Rusiya prezidenti Putinlə telefon danışığımız oldu.

Cənab Putin ilə Türkiyə və Rusiya əlaqələrinin gücləndirilməsinə dair çağırışlara yönəlik addımları müzakirə edib, Dağlıq Qarabağ mövzusundakı gəlişmələr ilə atəşkəsə nəzarət olunmasına yönəlik Türk-Rus ortaq mərkəzinə dair dəyərləndirmələr apardıq.

Türkiyənin bölgədə sabitliyi qoruyacağını və hər cür dəstəyi verməyimizin lazım olduğunu, sülh adına yeni dövrün başladığını söylədik.

Dağlıq Qarabağda sülhməramlı və müşahidə fəaliyyətinə ehtiyac olmadan birlikdə mövcudluğu təmin edəcək şərait yaratmaq istəyirik. Belə olduqda inşallah, bir daha dünyaya Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini göstərəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”