SON DƏQİQƏ - Millidə koronavirusa KÜTLƏVİ YOLUXMA!

22 Noyabr 2020 23:20 Güləş 800
SON DƏQİQƏ - Millidə koronavirusa KÜTLƏVİ YOLUXMA!

Azərbaycan Güləş Federasiyasında koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, sərbəst guləş üzrə yığma komandanın məşqçi və idmançı heyətindən noyabr ayının 19-da test götürülüb.

Testin nəticəsi isə ayın 20-də bəlli olub. Məşqçi və müəllim heyatinin koronavirus testi müsbət çıxıb.

Pandemiya dövründə yalnız açıq havada məşqlərə icazə verilsə də komanda üzvləri karantin rejmini pozublar. Bu da komandada acınacaqlı vəziyyət yaradıb ve kütləvi yoluxmaya səbəb olub.

Bundan sonra şənbə günü üçün təyin olunan təlim-məşq prosesi də təxirə salınıb.

Əldə etdiyimiz digər məlunata görə noyabrın 23-də Yunan-Roma güləşi üzrə milli komandadan test götürüləcək (unikal.org).

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular