Azərbaycan millisinin tanınmış üzvü Qarabağda döyüşür - FOTO

9 Noyabr 2020 19:30 Güləş 984
Azərbaycan millisinin tanınmış üzvü Qarabağda döyüşür - FOTO

Qarabağın işğalçılardan azad olunması uğrunda döyüşlərdə Azərbaycan idmançıları da iştirak edir.

Sportinfo.az xəbər verir ki, onlardan biri sərbəst güləş üzrə Avropa çempionu və hərbçilər arasında keçirilən dünya çempionatının qalibi Qalib Əliyev də var.

Torpaqlarımızın azadlığı uğrundakı döyüşlərdə yaralanan idmançımıza "Şöhrət orden"li şəxsi məşqçisi, Elçin Zeynalov böyük dəstək göstərir. İdman arenalarında daima ermənilərə ağır zərbələr vuran idmançılarımız döyüş meydanında da onları məğlubiyyətə uğradırlar.

Digər idmançılarımızdan Tofiq Musayev, Bəxtiyar Abbasov və “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov döyüş meydanında düşmənlə üz-üzədirlər.

Eləcə də Dövlət Sərhəd Xidmətinin zabiti, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov və başqaları da müxtəlif cəbhələrdə ordumuza xidmət göstərir.

Digər Xəbərlər
Xəbər Lenti