Azərbaycan Güləş Federasiyası Ordumuza maddi dəstək verdi

12 Oktyabr 2020 18:34 Güləş 578
Azərbaycan Güləş Federasiyası Ordumuza maddi dəstək verdi

Azərbaycan Güləş Federasiyası (AGF) Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

Sportinfo.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, AGF rəhbərliyi, federasiyanın əməkdaşları, yığma komandaların güləşçiləri, məşqçilər heyəti, həkimləri və masajçıları əmək haqlarının müəyyən qismini Ordunun maddi-texniki təminatı üçün ayırıb.

Toplanan vəsait Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürülüb.

Digər Xəbərlər
Xəbər Lenti