Stadnik Ermənistanın təxribatından danışdı - VİDEO

1 Oktyabr 2020 23:00 Güləş 830
Stadnik Ermənistanın təxribatından danışdı - VİDEO

Qadınlardan ibarət Azərbaycan millisinin güləşçisi Mariya Stadnik cəbhədə baş verənlərlə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı təcrübəli idmançı ermənilərin təxribatına biganə qalmayıb.

2 qat dünya və 7 qat Avropa çempionu bildirib ki, Azərbaycanın 20 faiz ərazisi 30 ildən çoxdur işğal altındadır:

"Ermənistan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini kobud şəkildə pozaraq, hərbi güc tətbiq edərək Dağlıq Qarabağ və ona aid 7 rayonu işğal edib. Nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib".

Stadnik 30 ildən çoxdur davam edən danışıqların nəticə vermədiyini söyləyib:

"Sentyabrın 27-də erməni silahlı birləşmələri təxribat törədərək Azərbaycan Ordusunun mövqelərini və insanların məskunlaşdığı cəbhəboyu rayonları atəşə tutub. Nəticədə 20-dən çox sakin həyatını itirib. Onların arasında uşaqlar da var".

Digər Xəbərlər
Xəbər Lenti