Azərbaycan çempionatını keçirmək üçün hökumətdən razılıq alına bilər

22 Sentyabr 2020 14:50 Güləş 504
Azərbaycan çempionatını keçirmək üçün hökumətdən razılıq alına bilər

Dekabrda keçirilməsi planlaşdırılan güləş üzrə Azərbaycan çempionatının qapalı məkanda baş tutması üçün Nazirlər Kabineti yanında operativ qərargahdan icazə alına bilər.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının prezidenti Namiq Əliyev bir sıra məsələlərlə bağlı fikirlərini səsləndirib:

“Pandemiya ilə əlaqədar yarışlar təxirə salınıb. Ancaq dekabrda gənclərin (4-10 dekabr) və böyüklərin (12-20 dekabr) dünya çempionatı keçirilə bilər. Çünki təşkilatçı ölkə Serbiya Şengen ərazisi deyil və problem yaşanmayacaq.

Amma Finlandiyadakı U-23-lərin dünya çempionatı (23-29 noyabr) baş tutmaya bilər. Çünki ora Şengen ölkəsidir və Azərbaycan kimi Şengen zonasına daxil olmayan ölkələrdən olan idmançılar orada karantinə alınacaq.

Dünya Güləş Birliyi (UWW) bununla bağlı yekun qərarını oktyabrın 5-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında verəcək. Ola bilsin, dünya çempionatı keçirilməsə, onun əvəzinə dünyanın ən güclü 10 komandasının iştirakı ilə bir yarış keçiriləcək.

Bildiyiniz kimi, Olimpiadaya təxminən 10 ay vaxt qalıb. Bu o qədər də çox deyil. Olimpiya Oyunlarına ən yüksək səviyyədə hazırlaşmalıyıq”.

O, dekabrda Azərbaycan çempionatı keçirmək istədiklərini də bildirib: “Dekabrın əvvəllərində Azərbaycan çempionatı keçirməyi planlaşdırırıq. Çünki Belqraddakı dünya çempionatı üçün heyəti müəyyənləşdirməliyik.

Ümumiyyətlə, biz dövlətin razılığı olmadan iş görmürük. Əgər qapalı zallarla bağlı qərar qüvvədə qalsa, tamaşaçısız olmaq şərtilə yarışı keçirmək üçün hökumətə müraciət edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı