Azərbaycan millisinin sükanı tanınmış isimə tapşırıldı

21 Sentyabr 2020 14:50 Güləş 871
Azərbaycan millisinin sükanı tanınmış isimə tapşırıldı

Azərbaycan Güləş Federasiyasında yeni təyinatlar gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev keçirdiyi mətbuat konfransında açıqlama verib.

Federasiya rəsmisi bildirib ki, Oyan Nəzəriani çimərlik güləşi üzrə milli komandanın baş məşqçi sükanı arxasına gətirilib.

Olimpiya çempionu Namiq Abdullayev isə sərbəst güləş üzrə milliyə baş məşqçi təyin olunub. O, yeni vəzifədə Zəlimxan Hüseynovu əvəzləyib.

N. Əliyev sərbəst güləş yığmasının bir çox üzvünün Dağıstanda qaldığını və Azərbaycana gələ bilmədiyini söyləyib. O, Abdullayevin bu müddətdə Azərbaycanda qalan yerli idmançılarla hazırlıq keçdiyini xatırladıb.

Qurumun prezident əvəzi yunan-Roma güləşində baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında müəyyən irəliləyişlərə nail olunduğunu da vurğulayıb. O, gələn ilin mart-aprelindəki lisenziya yarışlarında olimpiadaya vəsiqələrin qazanılacağına ümid etdiyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”