"Düzdür, onlarda bir az ruh düşkünlüyü oldu, amma..."

19 Sentyabr 2020 18:06 Güləş 612
"Düzdür, onlarda bir az ruh düşkünlüyü oldu, amma..."

"Şərif Şərifovla müntəzəm əlaqə saxlayırıq. Yığma komandanın böyük məşqçisi Zəlimxan Hüseynov Dağıstandadır. Onunla da sıx əlaqədəyik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın sərbəst güləş üzrə millimizin məşqçisi Arif Abdullayev bugünkü açıq məşq zamanı qışda koronavirusa yoluxmuş yığma üzvü Şərif Şərifov barədə danışarkən deyib.

52 yaşlı mütəxəssis olimpiya çempionunun xəstələndiyini etiraf edib: "Düzdür, həm ailəsi, həm də özü xəstələnmişdi. Amma qrip olmuşdu. Özü bu barədə açıqlama verib. Ola bilər, başqa məna çıxıb".

A.Abdullayev hazırda Dağıstanda olan güləşçilərin məşqlərini orada davam etdirdiklərini bildirib: "Dağıstandakı yığma üzvləri daim diqqətimizdədir. Onlar da dəniz kənarında fiziki hazırlıq keçirlər.

İdmançılarda ruh düşkünlüyü yoxdur. Sərhədlər açılandan sonra Bakıya gəlib yığmaya qoşulacaqlar və təlim-məşq toplanışında iştirak edəcəklər. Təbii ki, bunun üçün əvvəlcə pandemiya ilə bağlı vəziyyət qaydasına düşməlidir".

Məşqçi daha sonra yığma üzvlərinin karantin dövründəki məşq prosesindən danışıb: "Açıq havada məşqlərimiz davam edir. Pandemiya səbəbindən idmançılarımız aprelin əvvəlindən may ayınadək ev şəraitində məşq ediblər.

Bu müddətdə onlarla sıx əlaqə saxlamışıq. Kimisi rayonda, kimisi dəniz kənarında hazırlaşıb öz formasını saxlamağa çalışırdı".

Abdullayev güləşçilərin fiziki durumunda eniş olduğunu vurğulayıb: "Vəziyyət tək Azərbaycanda deyil, bütün dünyada belədir. Güləşçilərin fiziki durumu aşağı düşüb.

Həm bunu, həm də onların texniki-taktiki hazırlığını yüksək səviyyəyə gətirməyə çalışırıq. Dekabrda yarışlarımız ola bilər. Buna uyğun hazırlıq keçirik".

Məşqçi yarışların təxirə salınmasının idmançılara psixoloji təsirindən də söz açıb: "İdmançılarımız beynəlxalq yarışlara çox ciddi hazırlaşmışdı. Martın 17-də Macarıstana lisenziya yarışına getməli idik.

Pandemiya ilə bağlı turnir təxirə salındı. Düzdür, güləşçilərdə bir az ruh düşkünlüyü oldu. Amma federasiya, məşqçilər hər zaman onlara dəstək olub. Çalışırıq ki, bu cür hallar olmasın".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"