"Onun adı gələndə tüklərim biz-biz oldu"

16 Sentyabr 2020 20:40 Güləş 864
"Onun adı gələndə tüklərim biz-biz oldu"

“Pandemiya çox insana, eləcə də idmançılarımıza mənfi təsir etdi.

Lisenziya xarakterli yarışlara, Tokio Yay Olimpiya Oyunlarına hazırlaşırdıq”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev Gənclər və İdman Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayım zamanı deyib.

29 yaşlı idmançı bildirib ki, sonuncu dəfə millinin heyətində Dağıstan Respublikasının paytaxtı Mahaçqalada təlim-məşq toplanışında olublar:

“Oradan birbaşa lisenziya yarışına yollanmalı idik. Amma 3-4 gün qalmış dedilər ki, turnir təxirə salındı. Ona görə bizim üçün çətin oldu. Bununla da sanki əziyyətimiz yerə vuruldu”.

Əliyev gələn il keçiriləcək Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanacağı təqdirdə, bunu Tovuz döyüşlərində şəhid olmuş general-mayor Polad Həşimova həsr edəcəyini deyib:

“Onun adı gələndə tüklərim biz-biz oldu. Bu, hamımızın acılı yeridir. Olimpiya çempionu olsam, bunu Polad Həşimov başda olmaqla, bütün şəhidlərimizə həsr edəcəyəm”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!