Millimiz Avropa və dünya çempionatında iştirak etmyəcək

10 Avqust 2020 12:16 Güləş 849
Millimiz Avropa və dünya çempionatında iştirak etmyəcək

Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin (İK) virtual iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda ilin sonunadək keçirilməsi nəzərdə tutulan bəzi yarışlarla bağlı qərarlar qəbul edilib.

COVID-19 pandemiyasının davam etməsi səbəbindən İK səsvermə yolu ilə sentyabr-oktyabrda keçirilməsi planlaşdırılan bütün beynəlxalq turnirlərin, o cümlədən yeniyetmə və gənclər arasında Avropa çempionatlarının ləğvini məqsədəuyğun sayıb.

Ötən ay açıqlanan təqvimə əsasən, 5 - 11 oktyabrda Polşada yeniyetmələrin, 19 - 25 oktyabrda isə Şimali Makedoniyada gənclərin Avropa çempionatının keçirilməsi nəzərdə tutulmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!