Son dərəcə ehtiyatlı olun, bunlara əməl edin!

14 İyul 2020 18:20 Güləş 688
Son dərəcə ehtiyatlı olun, bunlara əməl edin!

Ümumdünya Güləş Birliyinin (UWW) növbəti vebinarı baş tutub.

Sportinfo.az xəbər verir ki, mövzusu “COVID-19 virusunun öhdəsindən gəlmək və yenidən güləşə qayıtmaq” olan vebinarda idman həkimi və bu sahə üzrə mütəxəssis Babək Şadqan çıxış edərək, koronavirusla bağlı detallara toxunub və pandemiya şəraitində güləşçilərin özünü qoruması, eləcə də məşqlərini necə davam etdirmələri ilə bağlı məsləhətlərini çatdırıb.

Vebinarda güləşçilərə tövsiyə olunub ki, xəstəlikdən maksimum qorunmaq və bunun qarşısının alınması üçün düzgün qidalanmaq və vitaminlərlə immunitet sistemini gücləndirmək, müntəzəm aerobika məşqləri vacibdir. Bundan başqa, tez-tez 20 saniyə ərzində əlləri yumaq, hər məşqdən əvvəl və sonra duş almaq, məşq avadanlıqlarını (inventarı) məşqdən əvvəl və sonra təmizləmək, eyni qabdan su içməmək və eyni dəsmaldan istifadə etməmək, fasilə zamanı komanda yoldaşlarından və məşqçilərindən müəyyən məsafədə durmaq, məşqdə yalnız bir və sağlam olan idmançı ilə güləşmək, son dərəcə ehtiyatlı və məsuliyyətli olmaq, uzunqol idman köynəyindən istifadə etmək lazımdır.

Sonda mühazirəçi qeyd edib ki, koronavirusun müalicəsi və peyvəndi tapılanadək məşqlərdə məhdud sayda güləşçilər iştirak etməli və onlar maksimum dərəcədə məsuliyyətli və ehtiyatlı olmalıdır

Digər Xəbərlər
Xəbər Lenti