Azərbaycan millisinin sabiq baş məşqçisi koronavirusa yoluxdu

23 İyun 2020 18:06 Güləş 670
Azərbaycan millisinin sabiq baş məşqçisi koronavirusa yoluxdu

Güləş üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Simeon Şterev koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, Bolqarıstan güləşinin əfsanəsinin testi müsbət nəticə verib.

Bir neçə gün Şterevin oğlu Nikolay və həyat yoldaşı Mariya koronavirus üzündən xəstəxanaya yerləşdirilib. Mütəxəssisin özü isə 14 günlük karantinə alınmaqla evdə müalicə olunur.

Şterev Bolqarıstan mətbuatına açıqlamasında bildirib ki, xəstəliyi yüngül şəkildə keçirir. Oğlu isə həkimə gec müraciət etdiyindən süni nəfəs aparatına qoşulub.

Vaxtilə idmançı kimi Seul-1988 Olimpiadasının bürünc mükafatçısı olan bolqarıstanlı 2013-14-cü illərdə sərbəst güləş, 2014-18-cü illərdə qadın güləşi üzrə Azərbaycan millisinə rəhbərlik edib. O, ötən ildən Rusiya qadın güləşi yığmasında böyük məşqçi kimi işləyir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı