Dünya çempionumuz virtual yarışda

12 İyun 2020 17:10 Güləş 606
Dünya çempionumuz virtual yarışda

Dünya Güləş Birliyinin (UWW) instagram səhifəsi dünyanın ən tanınmış 16 sərbəst güləşçisi arasında virtual yarış keçirir.

Sportinfo.az xəbər verir ki, "Fantasy Wrestling" adlanan yarışda sonda ən çox səs toplayan güləşçi qalib olacaq.

Yarışa Azərbaycanın 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyevin də adı salınıb. 29 yaşlı idmançı 1/8 finalda Gürcüstanın 125 kq-da dünya çempionu Geno Petriaşvilini məğlub edib.

Onun 1/4 finaldakı rəqibi isə İtaliyanın dünya çempionu Frank Çamizodur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"