Millimizin sabiq baş məşqçisi koronavirusdan dünyasın dəyişdi

13 May 2020 15:18 Güləş 582
Millimizin sabiq baş məşqçisi koronavirusdan dünyasın dəyişdi

Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərov vəfat edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb. 68 yaşlı Maqomed Əliömərov koronavirusdan dünyasını dəyişib. O, artıq bir neçə gün idi ki, xəstəxanada idi və süni nəfəs aparatına qoşulmuşdu.

Maqomed 2007-ci ildə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub. Sabiq məşqçi eyni zamanda 2012-ci ilə qədər qadın güləşi üzrə Azərbaycan yığmasını da çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı