Vitse-prezident 200-dən çox ailəyə yardım etdi - FOTOLAR

19 Aprel 2020 09:15 Güləş 673
Vitse-prezident 200-dən çox ailəyə yardım etdi - FOTOLAR

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başlatdığı sosial aksiyaya Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da qatılıb.

Sportinfo.az xəbər verir ki, Firdovsi Umudov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” şüarına dəstək olaraq 200-dən çox aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı tənha şəxslərə, şəhid və qazi ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylayıb.

Federasiyanın vitse-prezidenti həmçinin xəstə və ehtiyacı olan ailələri evlərində ziyarət edib və digər qayğıları ilə maraqlanıb.

Digər Xəbərlər
Xəbər Lenti