Millimizin lideri 1000 manat pul ayırdı - FOTO

11 Aprel 2020 16:56 Güləş 652
Millimizin lideri 1000 manat pul ayırdı -  FOTO

Daha bir idmançı Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürüb.

Sportinfo.az xəbər verir ki, sərbəst güləş üzrə Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev bu gün Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1000 manat pul yardımı edib.

Daha əvvəl idmançılarımızdan “Qarabağ”ın kapitanı Rəşad Sadıqov fonda 50 min manat köçürmüşdü.

Həmçinin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov (20 min manat), AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov (4 min manat), “Neftçi”nin idman direktoru Ceyhun Sultanov və cüdo üzrə sabiq Olimpiya çempionumuz Elnur Məmmədli (hər ikisi 1000 manat) sözügedən fonda pul ayırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti