Azərbaycan yığmasının iki üzvü ilk "10-luq"da yer aldı

3 Aprel 2020 10:24 Güləş 725
Azərbaycan yığmasının iki üzvü ilk "10-luq"da yer aldı

Dünya Güləş Birliyi (UWW) olimpiya çəkiləri üzrə yeni reytinq siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın sərbəst güləş yığmasının iki üzvü öz çəkilərində ilk "10-luq"da yer alıb.

Dünya çempionatında gümüş medal qazanan Şərif Şərifov (97 kq) 40 xalla 3-cü yerdədir. Avropa çempionatında bürünc medal əldə edən Camaləddin Məhəmmədov (125 kq) isə 34 xalla 4-cü pillədə qərarlaşıb.

Yunan-Roma güləşçilərindən yalnız Avropa çempionu Sənan Süleymanov (77 kq) ilk "10-luğ"a düşüb. O, 22 xalla 9-cudur. Qadın güləşçilərdən də yalnız Mariya Stadnik (50 kq) ilk "10-luq"da yer alıb. Dünya və Avropa çempionu 60 xalla ikinci pillədə qərarlaşıb.

Reytinq sıralaması dünya çempionatı və ondan sonra keçirilən mühim turnirlərin nəticələrinə əsasən formalaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!