Millinin iki aparıcı siması bu dəfə düşərgəyə gəlmədi - VİDEO

20 Fevral 2020 09:00 Güləş 601
Millinin iki aparıcı siması bu dəfə düşərgəyə gəlmədi - VİDEO

Sərbəst güləş üzrə Azərbaycan yığma komandası Avropa Olimpiya Təsnifat turnirinə Rusiyanın Kislavodsk şəhərində hazırlaşır.

Sportinfo.az xəbər verir ki, baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında olimpiya çəkilərində yer alan bir neçə yığma üzvü hazırlıq prosesində iştirak edir.

57 kq-da Georgi Edişeraşvili və Əfqan Xaşalov düşərgəyə cəlb olunub. Hacı Əliyevlə, Turan Bayramov 65 kq çəki dərəcəsində təmsil olunur. Toğrul Əsgərovla Hacımurad Ömərov ağırlığı 74 kq-a qədər olan rəqibləri ilə görüşlərə hazırlaşır.

Ağır çəkilərdə Osman Nurməhəmmədov, Abubakr Abakarov Şərif Şərifov, Nurməhəmməd Hacıyev və Camaləddin Məhəmmədov olimpiadaya vəsiqə uğrunda turnirdə ölkəmizin idman şərəfini qoruyacaq.

Nümayəndə heyətinə Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov rəhbərlik edir. Zədəli olan Hacımurad Hacıyev və Cəbrayıl Həsənov bu toplanışda iştirak etmir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!