Millimizin baş məşqçisi: "Bacardığımız qədər çox..."

14 Fevral 2020 14:36 Güləş 1 085
Millimizin baş məşqçisi: "Bacardığımız qədər çox..."

“Komandanın çıxışından çox razı qaldım. Avropa çempionatında 2 qızıl, 4 bürünc medal çox yaxşı nəticədir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri İtaliyanın paytaxtı Romada 6 medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov deyib.

Rusiyalı mütəxəssis Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərin əsas olduğunu vurğulayıb: "Olimpiadaya bacardığımız qədər çox vəsiqə əldə etməliyik.

Bunun üçün əlimizdən gələni edəcəyik. Fürsətdən istifadə edib Azərbaycan Güləş Federasiyasının rəhbəri Namiq Əliyevə dərin minnətdarlığımı bildirirəm.

Çünki o komandanın bütün ehtiyaclarının qarşılanması və yüksək səviyyədə təlim-məşq toplanışlarının təşkili üçün əlindən gələni əsirgəmir. Çalışacağıq ki, bizə yaradılan bu şərait fonunda etimadı tam doğruldaq”.

Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Milli tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Yığma 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub.

Digər Xəbərlər
Xəbər Lenti